...

Eltac Səfərli Fransada oynayacaq

İdman Materials 18 Oktyabr 2024 14:55 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan şahmatçısı Eltac Səfərli Fransada keçiriləcək turnirdə çıxış edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, sabah Annemasse şəhərində “Masters”in də yer alacağı festival başlayır.

Burada 118 oyunçu, o cümlədən 16 qrossmeyster iştirak edəcək. Turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.

Səfərli iştirakçılar arasında reytinq üzrə üçüncüdür.

Xəbər lenti

Xəbər lenti