...

Renatın komandası 3 xala sevinib

İdman Materials 19 Oktyabr 2024 00:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov "Ankaragücü"nün heyətində növbəti oyununu keçirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, onun komandası Türkiyə 1-ci Liqasının IX turunda "Yeni Malatyaspor"un qonağı olub.

Ankara təmsilçisi səfərdə böyük hesabla qalib gəlib. "Ankaragücü" rəqibini 3:0 hesabı ilə məğlub edib. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Renat 82-ci dəqiqəqdə meydana daxil olub.

Qeyd edək ki, bu qələbədən sonra 13 xal toplayan "Ankaragücü" 8-ci pilləyə yüksəlib.

Xəbər lenti

Xəbər lenti