Bakı. Trend:
2025-ci ilin sonunda Azərbaycanda ÜDM-in 129,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Proqnozlara əsasən, 2028-ci ildə ÜDM-in 150,8 milyard manatadək artacağı gözlənilir.
Ortamüddətli perspektivdə real ÜDM artımının orta hesabla 3,3 faiz olacağı proqnozlaşdırılır.
Qeyd olunur ki, 2024-cü ildə neft-qaz sektorunda ÜDM-in real ifadədə 0,3 faiz artacağı gözlənilir.
Xatırladaq ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın ÜDM-i 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 92,829 milyard manat olub.
Azərbaycanın ÜDM-i 2023-cü ildə 2022-ci illə müqayisədə 1,1 faiz artaraq 123 milyard manata çatıb.