...

COP29-a gələcək bütün qonaqların daşınması üçün nəqliyyat sistemi yaradılıb - Orxan Mahmudlu

Siyasət Materials 18 Oktyabr 2024 12:07 (UTC +04:00)
COP29-a gələcək bütün qonaqların daşınması üçün nəqliyyat sistemi yaradılıb - Orxan Mahmudlu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-a gələcək bütün qonaqların daşınması üçün nəqliyyat sistemi yaradılıb.

Trend xəbər verir ki, bunu Bakı Olimpiya stadionuna təşkil edilən media-tur zamanı COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmudlu deyib.

"COP29-a gələcək bütün qonaqların şəhərin bütün hissələrindən, həmçinin Abşeron yarmadasından daşınması üçün nəqliyyat sistemi yaradıldı. Bu sistem özündə 16-ya yaxın nəqliyyat qovşağını, 26-dan çox mindirmə-düşürmə zolağını əhatə edir", - deyə o bildirib.

O.Mahmudlunun sözlərinə görə, hər bir nəqliyyat qovşağından səhər saat 7-dən axşam saat 10-a qədər avtobuslar nümayəndə heyətlərini Olimpiya Stadionuna və geriyə daşıyacaq.

"Hərəkət intervalı günün pik saatlarında fərqli olaraq dəyişəcək. Noyabrn 4-dən etibarən müxtəlif nəqliyyat qovşaqları artıq aktivləşəcək. Ayın 10-dan etibarən isə bütün nəqliyyat qovşaqları fəaliyyətə başlayacaq", - deyə o əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti