...

Parisdə Azərbaycanın Müstəqilliyinin Bərpası Günü təntənə ilə qeyd olunub (FOTO)

Mədəniyyət Materials 19 Oktyabr 2024 04:32 (UTC +04:00)
Parisdə Azərbaycanın Müstəqilliyinin Bərpası Günü təntənə ilə qeyd olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpasının 33-cü ildönümü möhtəşəm konsert proqramı ilə qeyd olunub.

Trend xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, xalqımızın bu tarixi günü öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi böyük coşqu ilə qeyd etdiyini vurğulayıb. O qeyd edib ki, müstəqilliyin ilk illərində çətin günlər yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək öz taleyini formalaşdırmağa nail olub.

Səfir Abdullayeva Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində müstəqilliyin əbədi və dönməz xarakter aldığını xüsusi vurğulayıb. Eyni zamanda, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirərək müstəqilliyimizi qorumaq və möhkəmləndirmək istiqamətində strateji addımlar atdığını qeyd edib. Azərbaycanın hazırda regionda strateji, siyasi və iqtisadi proseslərə təsir edən lider dövlətlərdən biri olduğunu bildirib.

Səfir həmçinin Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra sülh axtarışında olduğunu, lakin bu yolun asan olmadığını deyib. O, davamlı və möhkəm sülhün yalnız müharibənin olmaması deyil, həm də ədalət və xeyirxahlıqla bağlı olduğunu vurğulayıb.

Tədbirin xüsusi qonağı olan Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun əsərlərindən ibarət konsertdə “Qəlbin telləri” adlı musiqi proqramı təqdim olunub. Pianoçu Səidə Zülfüqarova, soprano Omo Bello, violençelist Giyom Martine və skripkaçı Sipryen Brod bəstəkarın əsərlərini ifa ediblər.

Tədbirdə diplomatik korpusun nümayəndələri, Azərbaycanın Dostları Assosiasiyasının üzvləri və yerli ictimaiyyət iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti