...

Araz Su Elektrik Stansiyası yenidən qurulacaq (FOTO)

Yaşıl iqtisadiyyat Materials 18 Oktyabr 2024 16:54 (UTC +04:00)
Araz Su Elektrik Stansiyası yenidən qurulacaq (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Naxçıvan. Trend:

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na görə Araz SES yenidən qurulacaq.

Bunu Trend-ə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin rəhbərinin müavini Tural Murtuzəliyev bildirib.

Bildirilib ki, hazırda Araz SES-in yenidənqurulmasının layihələndirilməsi üçün müvafiq tender elan olunub. Yaxın gələcəkdə bu stansiya yenidən qurulacaq.

Qeyd edək ki, Araz Su Elektrik Stansiyası 1970-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib istismara verilib. Stansiyanın ümumi generasiya gücü 22 meqavatdır. Araz dəryaçasının nominal su tutumu 1 milyard 250 milyon kubmetrdir, xüsusi hallarda qısa müddətdə 1 milyard 320 milyon kubmetrə qədər su yığıla bilər. Araz Su Elektrik Stansiyası Naxçıvanın enerji qıtlığı baxımından çətinlik çəkdiyi dövrlərdə elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb. Elektrik enerjisinin təminatını o illərdə yalnız Araz Su Elektrik Stansiyası təmin edirdi. Yarım əsrdən çoxdur ki, bu stansiya fəaliyyət göstərir və hazırki dövrdə də Naxçıvanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Gələn il Araz Su Elektrik Stansiyasının 55 illiyi Xidmət tərəfindən geniş şəkildə qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti