...

“Qarabağ” - “Ayaks" oyununa satılan biletlərin sayı açıqlanıb

İdman Materials 18 Oktyabr 2024 16:16 (UTC +04:00)
“Qarabağ” - “Ayaks" oyununa satılan biletlərin sayı açıqlanıb

Bakı. Trend:

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa 18500 bilet satılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Biletləri aşağıdakı ünvanlardan əldə edə bilərsiniz.

- iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

- Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

- Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, qarşılaşma oktyabrın 24-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək

Xəbər lenti

Xəbər lenti