...

İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib

Cəmiyyət Materials 18 Oktyabr 2024 12:18 (UTC +04:00)
İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib

Bakı. Trend:

12 oktyabr 2024-cü il tarixində Bakı Ali Neft Məktəbində və Naxçıvan Muxtar Respublikasında informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar təşkil olunub.

2023-2024 tədris ilində Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə final mərhələsinə yüksələn şagirdlər seçim mərhələsində iştirak etmək hüququ qazanıblar.

İmtahan EJOI (Yeniyetmələrin Avropa İnformatika Olimpiadası), EGOI (Avropa Qızlar İnformatika Olimpiadası), həmçinin IOI (Beynəlxalq İnformatika Olimpiadası) hazırlıq komandasına daxil olmaq istəyən şagirdlər arasında keçirilib.

Məktəblilər 4 saat ərzində 3 məsələ həll ediblər. Hər bir iştirakçının nəticəsi avtomatik qiymətləndirmə sistemi vasitəsilə dərhal müəyyən edilib.

2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının qazandığı ümumi medal sayı 80-ə çatıb.

Xəbər lenti

Xəbər lenti