Bakı. Trend:
COP29-da "Yaşıl Zona" üzrə əməliyyatlar davam etdirilir.
Trend xəbər verir ki, bunu Bakı Olimpiya stadionuna təşkil edilən media-tur zamanı COP29 Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova deyib.
"COP29-da "Yaşıl Zona" üzrə əməliyyatlar davam etdirilir. Tentin ümumi ərazisi 37500 kvadrat metrdir. Bu ərazidə pavilyonlar yerləşəcək.ə Bunlar həm yerli, xarici şirkətləri, həm də dövlət sektorlarını əhatə edəcək. Bundan əlavə 18 B2B otağı planlaşdırılır. Pavilyonlar ödənişli olacaq. “Yaşıl zona” ictimaiyyətə açıq bir ərazi olacaq. Biletlər pulsuz olacaq", - deyə L.Mahmudova bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.