...

TAP Avropanın enerji təchizatında Azərbaycanın strateji rolunu artırır - La Gazette du Caucase

İqtisadiyyat Materials 18 Oktyabr 2024 17:17 (UTC +04:00)
TAP Avropanın enerji təchizatında Azərbaycanın strateji rolunu artırır - La Gazette du Caucase
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycanın Avropaya enerji daşıyıcıları ixracının strateji əhəmiyyətini artırır.

Trend xəbər verir ki, bu barədə Fransanın “La Gazette du Caucase” internet-nəşrinin məqaləsində deyilir.

Müəlliflər qeyd ediblər ki, TAP-ın bir hissəsi olduğu Cənub Qaz Dəhlizi (CQD) Avropa üçün enerji daşıyıcılarının diversifikasiyasını təmin edən həyati əhəmiyət kəsb edən alternativdir.

"Bu kəmər Azərbaycanın əsas geosiyasi oyunçu və etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirdi. TAP təkcə əməliyyat uğurunu qoruyub saxlamır, həm də o, 2026-cı ilə qədər öz gücünü 1,2 milyard kubmetr artırmağı planlaşdıraraq əhəmiyyətli genişlənməyə hazırdır. Bu genişlənmə Avropanın artan tələbatını ödəmək və qitənin ekoloji təmiz enerjiyə keçidini dəstəkləmək üçün zəruridir. TAP yaxın illərdə regional sabitliyi və davamlı inkişafı gücləndirməyə davam edəcək, Azərbaycanın enerji daşıyıcılarının ixracının strateji əhəmiyyətini çoxqütblü dünyada artıracaq", - məqalədə bildirilir.

Müəlliflər vurğulayıblar ki, cəmi 4 il ərzində TAP Avropaya 40 milyard kubmetr təbii qaz nəql edib, bu isə CQD üçün böyük uğur olub və diversifikasiya olunmuş enerji marşrutlarının əhəmiyyətini artırıb.

"TAP-ın rolu sadəcə qaz tədarükü ilə məhdudlaşmır; o, Avropa və Asiya arasında mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhliz çərçivəsində Azərbaycanın mövqeyini möhkəmləndirən geosiyasi vasitəyə çevrilib. TAP-ın əhəmiyyəti, Avropanın Rusiya qazından asılılığını azaltmaq səyləri kontekstində Orta Dəhlizin alternativ marşrut kimi aktuallığının artması ilə əlaqədardır. Orta Dəhliz, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınır və Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirir. TAP bu dəhlizdə əsas rol oynayır və strateji olaraq bu marşrutun mərkəzində yerləşən Azərbaycanın enerji daşıyıcılarının axınına şərait yaradır", - məqalədə qeyd edilir.

Xəbər lenti

Xəbər lenti