Bakı. Trend:
Oktyabrın 18-i, Cümə günü, ticarət əməliyyatlarında Şimal dənizi Brent markalı neftin dekabr ayı tədarükü üzrə fyuçers müqavilələrinin dəyəri 2024-cü il oktyabrın 1-dən sonra ilk dəfə olaraq bir barel üçün 73 dollardan aşağı düşüb.
Trend xəbər verir ki, London ICE birjasının məlumatları bunu təsdiqləyir.
Bakı vaxtı ilə saat 18:11-də Brent neftinin qiyməti bir barel üçün 72,98 dollar səviyyəsinə enib. Həmin vaxta qədər əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən enmə 1,97 faiz təşkil edib.
Saat 18:25-də enmə daha da sürətlənib və Brent markalı neftin qiyməti 72,69 dollara qədər azalıb ki, bu da 2,36 faiz azalma deməkdir. Eyni zamanda, ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam neftinin fyuçers müqavilələrinin dəyəri 2,51 faiz azalaraq bir barel üçün 68,33 dollar olub.