...

COP29-da "Mavi Zonada" artıq yekunlaşdırma işləri görülür - Turan Süleymanov

Gündəm Materials 18 Oktyabr 2024 12:25 (UTC +04:00)
COP29-da "Mavi Zonada" artıq yekunlaşdırma işləri görülür - Turan Süleymanov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-da "Mavi Zonada" artıq yekunlaşdırma işləri görülür.

Trend xəbər verir ki, bunu Bakı Olimpiya stadionuna təşkil edilən media-tur zamanı COP29 Məkanının idarə olunması departamentinin direktoru Turan Süleymanov jurnalistlərə açıqlamasında deyib.

"COP29-da "Mavi Zonada" artıq son yekunlaşdırma işləri görülür. Bu zona bir neçə hissədən ibarətdir. Bu zonada 26 görüş otağı mövcuddur, yan tədbirlər üçün isə 9 görüş otağı ayrılıb. İşitrakçılar burada öz görüşlərini həyata keçirə bilər. Onlar üçün hər bir maddi-texniki avadanlıqlar təmin edilib. Xüsusi ərazilərdən biri də pavilyonlar zonasıdır ki, orada 155 pavilyon olması planlaşdırılır. Burada müxtəlif ölkələr təmsil olunacaq. Ərazidə qonaqların tam rahat şəkildə istədikləri yerə getməsi üçün xidmətlər təmin edilib", - deyə o bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti