Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin oktyabrın 19-na olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
- Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib.
- Prezident İlham Əliyev Ermənistanın humanitar atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması ilə bağlı "twitter"də paylaşım edib.
- Prezident İlham Əliyev Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib.
- Prezident İlham Əliyev Cəbrayıl rayonunun bir neçə kəndlərinin işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib.
- Düşmənin döyüş texnikası və silah-sursatı məhv edilib. Ermənistanın məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb.
- Düşmən taborunun qərargah rəisi məhv edilib.
- Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutması nəticəsində, ev sahibi ağır xəsarət alıb.
- İran Ermənistana məxsus PUA-nı vurub.
- Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutub.
- Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirib.
- Müdafiə Nazirliyi Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntüsünü yayımlayıb.