Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Trend xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Dostumuz, qardaşımız; iki dövlət, tək millət anlayışına sahib olduğumuz Azərbaycanın 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm.
Prezident, dəyərli qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamını və sevgilərini çatdırıram”, - paylaşımda bildirilir.