Bakı. Trend:
İqlim böhranı bu gün təhlükəsizliyimizə ən böyük təhdid yaradan amildir.
Trend-in məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bakıda baş tutacaq 29-cu Tərəflər Konfransına həsr olunmuş mətbuat konfransında qeyd edib.
O, əlavə edib ki, bu eyni zamanda daha geniş təhlükəsizlik imkanları da açır.
Berbok vurğulayıb ki, atmosferin temperaturunun aşağı salınması təkcə münaqişələrin sayını azaltmır, həm də regionda sülhün bərqərar olmasına töhfə verir:
"İqlimin qorunması yalnız bütün maraqlı tərəflər prosesə öz töhfəsini verdikdə uğur qazanacaq. Burada həm iri sənaye şirkətlərindən, həm də müxtəlif həmkarlar ittifaqlarından söhbət gedir. Almaniyadakı Lukasiyadan tutmuş Keniyaya, ənənəvi maliyyə mənbələrindən tutmuş tanınmış simalara qədər hər kəs bu prosesdə fəal iştirak etməlidir."