...

Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri fonunda regional dialoq vacibdir - Ceyhun Bayramov

Siyasət Materials 18 Oktyabr 2024 16:36 (UTC +04:00)
Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri fonunda regional dialoq vacibdir - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri, o cümlədən ziddiyyətli hərbiləşdirmə ilə məşğul olmaqla, geosiyasi eskalasiya və bölücü xətləri regionumuza proyeksiya cəhdlərini artırması fonunda regional fəaliyyət və dialoqun daha da vacib olduğu vurğulanıb.

Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov İstanbulda “3+3” regional məşvərət formatının görüşündə çıxışı zamanı zamanı deyib.

Mövcud şəraitdə bölgə dövlətlərinin beynəlxalq hüququn prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama əsasında regionumuza sahib çıxmasının, bölgəmizin problemlərinin həll yollarını məhz region çərçivəsində axtarması, regional təhlükəsizliyimizi bölünməz anlayış olaraq qəbul etməsinin əhəmiyyəti qeyd olunub.

Ölkəmizin müstəqilliyinin bərpa olunmasından bəri bölgə dövlətləri ilə qarşılıqlı hörmət, maraqlar balansı və legitim təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla qarşılıqlı faydalı əməkdaşlıq etdiyi, bunun nəticəsində Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəhlizi kimi bir sıra regional, o cümlədən qlobal əhəmiyyətli layihələrin həyata keçirildiyi bildirilib. Birgə layihələrimizin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi, xüsusilə İran ərazisindən keçərək Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına dair ümidvarlıq ifadə olunub.

Qeyd edək ki, ötən il 23 oktyabr tarixində Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilib. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti