...

İsrailin qaçqın düşərgəsinə hücumu azı 30 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 05:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbi hava qüvvələrinin Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsinə hücumu nəticəsində azı 30 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, hücum nəticəsində 70-dən çox insan xəsarət alıb.

Yaxın Şərqdə gərginlik, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının döyüşçülərinin Qəzza zolağından İsrailə daxil olub, sərhəd yaşayış məntəqələrində qətllər törətməsi və bir çox insanı əsir götürməsi ilə kəskinləşib. Buna cavab olaraq, İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və əsir düşənləri azad etmək məqsədilə Qəzzada hərbi əməliyyatlara başlayıb.

Xəbər lenti

Xəbər lenti