...

Naxçıvanda "Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün yol xəritəsi hazırlanır

İqtisadiyyat Materials 18 Oktyabr 2024 11:47 (UTC +04:00)
Naxçıvanda "Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün yol xəritəsi hazırlanır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Naxçıvan.Trend:

Azərbaycan dünyada çox uğurlu investisiya siyasəti aparır.

Bunu Trend-ə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov deyib.

O bildirib ki, bu xüsusilə də energetika sektorunda özünü göstərməkdədir.

"Ölkəmizin xarici şirkətlətlə işləməkdə ciddi təcrübəsi formalaşıb. 30 il əvvəl “Əsrin müqaviləsi” imzalananda 8 ölkədən 13 şirkət iştirak etmişdi. Bu, Azərbaycanın ən böyük B2G modelidir. Həmin beynəlxalq şirkətlərin bir çoxu bu gün də Azərbaycanda fəaliyyət göstərir.

Bu gün də Prezident İlham Əliyev enerji siyasətində xarici investorları əhəmiyyətli hesab edir. Naxçıvanda dünya enerji nəhənglərindən "Total Energies", "Czech Engineering", "Nobel Energy", "Masdar", "ACWA Power", "China Energy", "Notus" və b. “yaşıl enerji” layihələrinin reallaşdırılması üçün görüşlər keçirilir. Bu istiqamət üzrə yol xəritəsi hazırlanır.

Bu enerji investisiyalarının hamısı bərpaolunan və alternativ enerji sektoruna yönəldilib. Əslində, enerji nəhənglərinin Naxçıvana can atmasında bir sirr də vardır: Günəşli saatların çoxluğuna görə Naxçıvan dünyada əhəmiyyətli yerlərdən biridir", - deyə M.Abbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti