Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “3+3” formatında iclasa qatılan xarici işlər nazirlərini qəbul edib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, İranın xarici işlər naziri Abbas Arakçi və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iştirak edib.
Həmçinin, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Türkiyədə "3+3" regional platforması üzrə XİN rəhbərlərinin iclası keçirilib. İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edib.