...

Naxçıvanda enerji istehsalında “yaşıl enerji”nin payı 55 faizə çatıb

İqtisadiyyat Materials 18 Oktyabr 2024 11:19 (UTC +04:00)
Naxçıvanda enerji istehsalında “yaşıl enerji”nin payı 55 faizə çatıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Naxçıvan. Trend:

Ölkə olaraq qarşımıza qoyulan əsas məqsədlərdən biri də 2050-ci ilə qədər atmosferə buraxılan karbon emissiyalarını 40 faizə qədər azaltmaqdır.

Bunu Trend-ə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov deyib.

O bildirib ki, “yaşıl enerji”dən nə qədər geniş istifadə olunarsa, atmosferə buraxılan karbon qazı da azalmış olar.

“Hazırda enerji istehsalında “yaşıl enerji”nin payının 55 faizə çatması atmosferə buraxılan karbon qazının da ötən illərə nisbətən dəfələrlə azaldılması deməkdir.

Energetika Xidməti bu yöndə müəyyən addımlar atıb. Bir günlük karbon emissiyasını sıfıra salıb. Həmçinin, bir gündə 130 000 kubmetr həcmində təbii qaza qənaət edilib.

Oktyabrın 11-də muxtar respublikanın 947 508 Kv/saat elektrik enerjisinə tələbatı tam "yaşıl enerji" hesabına ödənilib. Digər günlərlə müqayisədə təqribən 130 min kubmetr həcmində təbii qaza qənaət edilib, həmin gün karbon emissiyası sıfıra düşüb.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bu addımların atılması muxtar respublikada alternativ enerji mənbələrindən daha səmərəli istifadə edilməsinə səbəb olacaq.

Qlobal istiləşmənin yaratdığı iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə ətraf mühiti təmiz saxlamaq, gələcək nəsillərə daha təmiz və yaşana bilən dünya miras buraxmaq üçün ətraf mühitə daha həssas yanaşmalı, elektrik enerjisindən nəzarətsiz istifadənin qarşısını almalı, qənaətlə istifadə etməli, israfçılıq etməməliyik", - deyə M.Abbasov deyib.

Xəbər lenti

Xəbər lenti