...

COP29-un keçiriləcəyi məkan üzrə hazırlıq işlərinin 90 faizi tamamlanıb - İsmayıl İsayev

Cəmiyyət Materials 18 Oktyabr 2024 12:10 (UTC +04:00)
COP29-un keçiriləcəyi məkan üzrə hazırlıq işlərinin 90 faizi tamamlanıb - İsmayıl İsayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un keçiriləcəyi məkan üzrə hazırlıq işlərinin 90 faizi tamamlanıb.

Trend xəbər verir ki, bunu Bakı Olimpiya stadionuna təşkil edilən media-tur zamanı COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü İsmayıl İsayev deyib.

"COP29 üçün keçiriləcəyi məkan üzrə hazırlıq işləri davam edir. Artıq işlərin 90 faizi tamamlanıb. Bu ayın sonunda işlərin tamamilə sınaqdan keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirləcək. Bununlada tam əmin olacağıq ki, artıq COP29 tədbirinin başlaması üçün hazırlaqlar bitib. Məkanlarda inklüzivlik yüksək səviyyədə həyata keçirilib. Əlçatanlığın təmin edilməsi üçün müəyyən ölçülər götürülüb", - deyə o qeyd edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti