...

Azad edilmiş ərazilərə 2025-2028-ci illərdə xərclənəcək vəsait məlum olub

Maliyyə Materials 18 Oktyabr 2024 20:35 (UTC +04:00)
Azad edilmiş ərazilərə 2025-2028-ci illərdə xərclənəcək vəsait məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət büdcəsinin əsaslı xərclərinin ortamüddətli dövrün sonuna 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3581,4 milyon manat və yaxud 23,3 faiz azalma ilə 11794,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.

İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin 2025-2028-ci illərdə 14 milyard 612 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 28,9 faizdir.

Xəbər lenti

Xəbər lenti