Bakı. Trend:
Gürcüstanın Mədəniyyət və idman naziri vəzifəsinə Tbilisi Sakrebulonun Mədəniyyət və təhsil məsələləri üzrə keçmiş müşaviri Tinatin Ruxadze təyin edilib.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə yeni naziri təqdim edib.
Məlumatda bildirilir ki, T.Ruxadze 1989-cu ildən Gürcüstanın gənc yaradıcılar İttifaqının direktor müavini olub.
Qeyd edək ki, 25 sentyabrda Tea Tsulukianinin bu vəzifədən ayrılmasından sonra nazir yeri boş qalmışdı.