Bakı. Trend:
ABŞ Strateji Komandanlığı (STRATCOM) "Global Thunder 25" adlı illik nüvə hazırlığı təliminə start verib.
Trend STRATCOM-un bəyanatına əsasən xəbər verir ki, bu təlim nüvə qüvvələrinin hazırlıq səviyyəsini yüksəltmək, həmçinin strateji çəkindirmənin təhlükəsiz, etibarlı və effektiv olmasını təmin etmək məqsədini daşıyır.
Məlumata görə, təlimlərdə əsas müttəfiqlər və NATO tərəfdaşları, o cümlədən Böyük Britaniyadan olan hərbçilər də iştirak edir. Əvvəlki illərdə olduğu kimi, bombardmançı və digər təyyarələrin uçuşlarının tezliyi də artırılacaq.
STRATCOM bildirib ki, "Global Thunder" təlimləri hər il keçirilir və bu təlimlər heç bir ölkənin fəaliyyətləri, digər iştirakçılar və ya cari dünya hadisələri ilə əlaqəli deyil.