...

Nizami küçəsində yeni velosiped zolağı salınacaq (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2024 13:25 (UTC +04:00)
Nizami küçəsində yeni velosiped zolağı salınacaq (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nizami küçəsində mikromobillik zolaqlarının təşkilinə dair təklif layihəsi hazırlanıb.

Trend xəbər verir ki, bu barədə AYNA-da keçirilən ictimai dinləmə zamanı deyilib.

Bildirilib ki, layihə çərçivəsində Nizami küçəsində yolun sol kənarında mikromobillik zolaqlarının təşkili, 2 hərəkət zolağı və sağ kənarda paralel və perpendikulyar parklanma yerlərinin təşkili nəzərdə tutulur:

"Sözügedən mikromobillik zolaqları Nizami küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyədək olan hissəsində təşkil ediləcək. Standartlar çərçivəsində yeni nişanlanma xətlərinin təşkili zamanı öncədən mövcud olan sayda hərəkət zolaqları saxlanılacaq".

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində yeni layihələrlə bağlı növbəti ictimai dinləmə keçirilib. Dinləmədə bir sıra məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti