...

İsrail ordusu Livanın cənubuna silsilə hücumlar təşkil edib

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 06:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Xiam şəhərinə üç zərbə endirib.

Trend-in məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı xəbər yayıb.

Həlak olanlar və yaralananlar haqqında heç bir məlumat verilməyib.

Sentyabrın 23-də İsrail, Livanda Hizbullah qüvvələrinə qarşı Şimalın Oxları əməliyyatını həyata keçirib. Bu əməliyyat zamanı hərəkatın hərbi hədəflərinə geniş miqyasda zərbələr endirilir. Məlumata görə, məqsəd yəhudi dövlətinin şimal sərhəd bölgələrində təhlükəsizlik şəraiti yaratmaqdır ki, on minlərlə sakin bu bölgələrə geri qayıda bilsin. Sentyabrın 27-də İsrailin zərbələrindən biri nəticəsində Beyrutda Hizbullahın baş katibi Həsən Nəsrullahın öldürüldüyü bildirilir. Oktyabrın 1-nə keçən gecə isə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatı elan edib.

Xəbər lenti

Xəbər lenti