Cəbrayıl. Trend:
Cəbrayılda ölümlə nəticələnən yol qəzası olub.
Trend xəbər verir ki, hadisə saat 9 radələrində Cəbrayıl rayonu Soltanlı kəndi ərazisində qeydə alınıb.
Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil və Ədalət Zeynalovun sükan arxasında olduğu "Niva" markalı minik maşını toqquşub.
Qəzada həlak olan "Niva"nın sürücüsü Ədalət Zeynalov ölüb. Onun "Azərişıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi olduğu bildirilir. O, Cəbrayılın Tinli kənd sakini olub.
"Ford"un sürücüsü isə xəsarət alıb.
Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.