...

İstanbulda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 18 Oktyabr 2024 20:54 (UTC +04:00)
İstanbulda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

18 oktyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.

xxx

19:20

İstanbulda baş tutan “3+3” formatının iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla Azərbaycan və Ermənistan arasında Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin qurulması üzrə görüşün növbəti raundu başlayıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki hesabında edilən paylaşımda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti