...

Devid Lemmi Çinin Xarici İşlər Naziri ilə görüşüb

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 06:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin Çinə iki günlük səfəri başlayıb.

Trend Britaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, o, Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşüb. Görüşdə iqlim, ticarət və qlobal xarici siyasət məsələləri, o cümlədən Pekinin Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi ilə bağlı iddialar müzakirə olunub.

Devid Lemmi, iki ölkə arasında fikir ayrılıqları olsa da, qlobal yaşıl enerjiyə keçid və dərin iqtisadi əlaqələr kimi ortaq maraqların mövcudluğunu vurğulayıb. Səfər çərçivəsində nazir Şanxayda britaniyalı iş adamları ilə də görüşərək Çinlə əlaqələrin Böyük Britaniyanın iqtisadi inkişafına təsirini müzakirə edəcək.

Qeyd edək ki, D. Lemmi son 6 ildə Çinə səfər edən ikinci yüksək səviyyəli britaniya diplomatıdır.

Xəbər lenti

Xəbər lenti