Bakı. Trend:
ABŞ milyarderi, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask, ölkədə gedən seçki kampaniyası çərçivəsində gözlənilməz bir bəyanatla çıxış edib.
Trend-in "Newsweek" nəşrinə istinadən verdiyi məlumata görə, İlon Mask, Donald Trampa dəstəyin hələ tam təmin olunmadığı ştatlarda Respublikaçılar Partiyasının namizədinə səs verən hər kəsə 100 dollar ödəməyə hazır olduğunu bildirib.
Maskdan bu pul mükafatını almaq üçün seçicilər respublikaçıların seçki proqramının əsas bəndlərini özündə əks etdirən "Söz azadlığı və silah daşıma hüququ haqqında" petisiyaya imza atmalıdırlar. Trampın kampaniyasının məqsədi bu sənədin altında 1 milyon potensial tərəfdarın imzasını toplamaqdır.