...

Dehlidən Londona uçan təyyarə bomba xəbərdarlığı səbəbindən Frankfurtda təcili eniş edib

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 08:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dehlidən Londona uçan Hindistanın "Vistara" hava yollarına məxsus təyyarə, bomba xəbərdarlığı səbəbilə Frankfurtda təcili eniş edib.

Trend "Bild" qəzetinə istinadla xəbər verir ki, təyyarədə olan 147 sərnişin dərhal təxliyə edilib və hava gəmisində aparılan yoxlamalar zamanı heç bir partlayıcı və ya təhlükəli maddə aşkar olunmayıb.

Təyyarə Frankfurta eniş etdikdən iki saat yarım sonra Londona istiqamətlənib.

Qeyd edək ki, "Vistara" təyyarələri ilə bağlı bomba hədələri əvvəllər də dəfələrlə baş verib və bu, son bir həftədə 20-ci yalan bomba xəbərdarlığıdır.

Xəbər lenti

Xəbər lenti