...

İsrail hərbçiləri İordan çayının qərb sahilində reydlər həyata keçirib

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 08:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu İordan çayının qərb sahilində yeni reydlər həyata keçirib.

Trend-in verdiyi məlumata görə, bu barədə “Əl-Cəzirə” telekanalı xəbər yayıb.

Məlumata əsasən, Tulkərmin şərqindəki Tinnabeh rayonu və Nablus şəhərində yerləşən yeni Askar qaçqın düşərgəsi hücumlara məruz qalıb. Eyni zamanda, Nablus və Şərqi Qüds bölgələrində yerli sakinlərlə İsrail qüvvələri arasında qarşıdurmalar baş verib, nəticədə bir fələstinlinin yaralandığı bildirilib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də Qəzza zolağından Həmas silahlılarının İsrailə hücumu ilə Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. İsrail, Qəzzanı tam mühasirəyə aldığını elan edərək, həm bu əraziyə, həm də Livan və Suriyanın bəzi bölgələrinə hücumlara başlayıb. Bundan sonra İsrailin Qəzzada quru əməliyyatlarına başladığı bildirilir və İordan çayının qərb sahilində də toqquşmalar davam edir.

Xəbər lenti

Xəbər lenti