...

COP29-a hazırlıqlarla bağlı əksər işlər tamamlanıb - Muxtar Babayev

Yaşıl iqtisadiyyat Materials 19 Oktyabr 2024 10:31 (UTC +04:00)
COP29-a hazırlıqlarla bağlı əksər işlər tamamlanıb - Muxtar Babayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-a hazırlıqlarla bağlı əksər işlər tamamlanıb.

Trend xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev "Uniform Distribution and Accreditation Center”in (UDAC) açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, əksər işlər tamamlanıb və hazırlıq bu gün də davam edir.

“Əsas tədbir keçiriləcək məkanın tam hazırlanması təşkil olunub. Lakin proses hələ də davam edir. Hazırda biz bu tədbirin keçiriləcəyi yerin tam olaraq hazırlanması ilə məşğuluq. Qalan vaxt isə, əsasən, işlərin BMT-nin katibliyinə təhvil verilməsinə, həm də onlarla razılaşdırmasına sərf olunacaq.

Bu gün yeni uniformaların təqdimatı keçirildi. Bu uniformalar həm rəng, həm də dizayn nöqteyi-nəzərindən zövqlə seçilmiş bir geyimlərdir. Uniformalar həm əməkdaşlara yaraşacaq, həm də COP29-un əməkdaşlarının digər qonaqlardan seçilməsinə imkan verəcək”,- deyə nazir bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti