...

Neft Fondunun investisiya portfelində xarici valyutaların payı açıqlanıb

Energetika Materials 19 Oktyabr 2024 11:39 (UTC +04:00)
Neft Fondunun investisiya portfelində xarici valyutaların payı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 30 sentyabr 2024-cü il tarixinə investisiya portfelinin 67%-ni ABŞ dolları təşkil edib.

Bu barədə Trend Neft Fonduna istinadən xəbər verir.

Məlumata görə, 2024-cü il 30 sentyabr tarixinə avro ARDNF-in investisiya portfelinin 20,3%-ni, funt sterlinq 5,1%-ni, Çin yuanı 2,6%-ni, Yaponiya yeni 1,4%-ni, digər valyutalar isə 3,6%-ni təşkil edib.

Qeyd edilib ki, Fondun ABŞ dolları portfelinin 10,8 milyard dollarlıq hissəsini (17,7%) qızıl investisiyaları olub.

Hesabat dövrünə Fondun cəmi investisiya portfeli 61,2 milyard dollara çatıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.

ARDNF-nin yaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin səmərəli və məqsədyönlü idarə edilməsinə şərait yaratmaqdır.

ARDNF-nin fəaliyyəti ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması kimi mühüm vəzifələrin həllinə yönəlib.

Xəbər lenti

Xəbər lenti