...

Türkiyə dünyanın ilk alçaqdan uçan pilotsuz uçuş aparatını istehsal edib

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 08:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

bakı. Trend:

Türkiyə dünyanın ilk alçaqdan uçan çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) istehsal edib.

Trend-in məlumatına görə, "TRT Haber" bildirir ki, "TALAY" adlı bu PUA oktyabrın 22-26-da SAHA EXPO sərgisində təqdim olunacaq.

Məlumata əsasən, "TALAY" həm müdafiə, həm də hücum funksiyalarına malikdir. O, düşmən gəmilərini və sahil obyektlərini hədəf almaq, dəniz üzərində sürətli manevrlər və müdaxilə əməliyyatları üçün nəzərdə tutulub. Aparat dəniz səviyyəsindən 150 metr hündürlüyə qədər uça bilər, saatda 200 kilometr sürətə çatır və havada 3 saat qala bilir. PUA, həmçinin, 30 kiloqram yük daşımaq qabiliyyətindədir.

Bundan əlavə, üç aya elektriklə işləyən modelin də hazır olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti