...

Tağı Əhmədov dəfn edildi (FOTO) (ƏLAVƏ EDİLİB)

Cəmiyyət Materials 19 Oktyabr 2024 13:05 (UTC +04:00)
Tağı Əhmədov dəfn edildi (FOTO) (ƏLAVƏ EDİLİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov dəfn edilib.

Trend xəbər verir ki, mərhumun nəşi Əhmədli qəbiristanlığına torpağa tapşırılıb.

11:36

“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov ilə vida mərasimi keçirilib.

Trend xəbər verir ki, vida mərasimində ailəsi, dostları, yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Mərasimdən sonra mərhumun nəşi dəfn edilmək üçün Əhmədli qəbiristanlığına aparılıb.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov 75 yaşında vəfat edib.

Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.

O, 1998–2014-cü illərdə "Bakı Metropoliteni"nin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti