...

Ordubad rayonunda genişmiqyaslı ağacəkmə aksiyasına start verilib (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2024 11:51 (UTC +04:00)
Ordubad rayonunda genişmiqyaslı ağacəkmə aksiyasına start verilib (FOTO)

Bakı. Trend:

"Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycanın ekoloji siyasətinin mühüm tərkib hissəsidir. Bu tədbirlər ölkədə ekoloji tarazlığın qorunması və təbiətin mühafizəsi istiqamətində görülən işlərin daha da genişlənməsinə şərait yaradır.

18 oktyabr 2024-cü il tarixindən başlayaraq Ordubad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə kampaniyasına start verilib. 18-27 oktyabr tarixləri arasında keçirilməsi nəzərdə tutulan tədbirlər Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması haqqında müvafiq Sərəncamına uyğun olaraq və cari ilin noyabr ayında keçiriləcək COP29 tədbirləri çərçivəsində həyata keçirilir.

Yaşıllıq aksiyasında Ordubad rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də idarə, müəssisə və təşkilat kollektivləri, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ağacəkmə kampaniyasında yüksək fəallıq müşahidə olunub.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və yaşıllıq zolaqlarının bərpası istiqamətində həyata keçiriləcək tədbirlər zamanı təqribən 34.7 ha ərazidə müxtəlif növ ağac və gül kollarının əkilməsi planlaşdırılır.

Rayon ərazisində yaşıllıqlara qulluq və abadlıq işlərinin bundan sonra da müntəzəm olaraq davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti