...

Gürcüstanda seçki prosesi azad və rəqabətcil mühitdə keçiriləcək - İrakli Kobaxidze

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 14:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda seçki prosesi azad və rəqabətcil mühitdə keçiriləcək.

Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.

"Biz seçkilərin sonadək azad və rəqabətcil şəraitdə keçirilməsi üçün hər şeyi edirik, indiyədək olduğu kimi. Seçki proseslərini bu ruhda idarə etmək məsuliyyətini daşıyırıq və bunun üçün əlimizdən gələni edəcəyik. Ümid edirik ki, müxalifət də müəyyən dərəcədə eyni ruhda hərəkət edəcək. Hakim partiyanın təbliğat materiallarının məhv edilməsi, reklam lövhələrinin zədələnməsi və “Müharibəyə yox” şüarlarının silinməsi kimi təxribatlar və digər hərəkətlər baş verməyəcək", — baş nazir əlavə edib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixinə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti