...

İşə düzəltmək adı ilə 36 min manatı ələ keçirən şəxs saxlanıldı

Hadisə Materials 19 Oktyabr 2024 12:11 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda işə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan bir nəfəri işə düzətmək adı altında etibarından sui-istifadə edərək, 36000 manatını dələduzluq yolu ilə ələ keçirən 58 yaşlı E.Qasımov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti