...

Rusiyada yaşayış binasında partlayış - Ölənlər var

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 12:56 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Tambov bölgəsinin Kirsanov şəhərində beşmərtəbəli yaşayış binasında qaz sızması səbəbindən partlayış baş verib.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, nəticədə binanın 4-cü və 5-ci mərtəbələrinin bir hissəsi çöküb.

“Partlayışdan sonra binada yanğın başlayıb və 150 kvadrat metr ərazini əhatə edən alov artıq söndürülüb. 5 nəfər xilas edilib”, - məlumatda deyilir.

Rusiya FHN-nin məlumatına görə, 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb. Təxliyə olunan sakinlər üçün 60 nəfərlik müvəqqəti yerləşdirmə məntəqəsi hazırlanıb və onlarla psixoloqlar işləyir.

Qeyd olunub ki, hadisə yerində 34 xilasedici və 18 texnika, eləcə də, müstəntiqlər və kriminalistlər çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti