...

Göyçayda ağır qəza - Ölən və xəsarət alanlar var

Hadisə Materials 19 Oktyabr 2024 10:07 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 18-də saat 23 radələrində Göyçay rayonunun Ləkçıplaq kəndi ərazisində “QAZ-24” və “VAZ-2105” markalı avtomobillər toqquşub.

Trend xəbər verir ki, hadisə nəticəsində “VAZ”ın sürücüsü, 1993-cü il təvəllüdlü Zamiq Kərimli aldığı xəsarətlərdən hadisə yerində ölüb, “QAZ-24”ün sürücüsü, 1976-cı il təvəllüdlü Aqil Abdullayev və sərnişini, 1990-cı il təvəllüdlü Müşviq Əzizov xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti