...

Cənubi Koreya əhalisinin 13,9 faizi döyüşlərdə iştirak etməyə hazırdır

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 08:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada keçirilən bir sorğunun nəticələrinə görə, əhalinin 13,9 faizi Koreya yarımadasında müharibə başlayacağı təqdirdə döyüşlərdə iştirak etməyə hazırdır.

Trend-in məlumatına görə, sorğu Cənubi Koreyanın Milli Müdafiə Universiteti tərəfindən ötən il 1200 nəfər arasında aparılıb. Bu rəqəm əvvəlki illərə nisbətən azalmanı göstərir: 2014-cü ildə respondentlərin 22,7 faizi, 2020-ci ildə isə 20,9 faizi müharibədə iştirak etməyə hazır olduğunu bildirmişdi.

Sonuncu sorğuda iştirak edənlərin 48,2 faizi birbaşa döyüşə qatılmaq istəməsələr də, arxa cəbhədə orduya dəstək verə biləcəklərini qeyd ediblər. Respondentlərin 27,3 faizi müharibə başlayarsa, ölkə daxilində daha təhlükəsiz bir yerə köçəcəyini, 3,2 faizi isə xaricə gedəcəyini bildirib.

Bundan əlavə, sorğuda iştirak edənlərin 41,6 faizi ölkənin təhlükəsizlik vəziyyətindən narahat olduqlarını ifadə edib.

Qeyd edək ki, Şimali Koreya ilə əlaqədar artan gərginlik və nüvə-raket təhdidləri, Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimləri Koreya yarımadasında vəziyyəti daha da gərginləşdirib. Bu şəraitdə bəzi ekspertlər müharibə riskinin yüksək olduğunu düşünür.

Xəbər lenti

Xəbər lenti