...

Neft Fondunun aktivləri 62 milyard dollara yaxınlaşır - CƏDVƏL

Energetika Materials 19 Oktyabr 2024 11:16 (UTC +04:00)
Neft Fondunun aktivləri 62 milyard dollara yaxınlaşır - CƏDVƏL
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il sentyabr ayına aktivləri 2024-cü ilin əvvəlinə nisbətən 9,4% artaraq, 61,7 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Fonda istinadən xəbər verir.

Qeyd edək ki, ARDNF-nin ilin əvvəlinə aktivləri 56,4 milyard ABŞ dolları olub.

ARDNF-NİN AKTİVLƏRİNİN DƏYİŞMƏSİNİN AYLIQ DİNAMİKASI

Yanvar

Fevral

Mart

Aprel

May

İyun

İyul

Avqust

Sentyabr

MİLYARD ABŞ DOLLARI

56,4

56,3

57,4

56,8

58,1

58,0

59,3

60,7

61,7

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.

ARDNF-nin yaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin səmərəli və məqsədyönlü idarə edilməsinə şərait yaratmaqdır.

ARDNF-nin fəaliyyəti ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması kimi mühüm vəzifələrin həllinə yönəlib.

Xəbər lenti

Xəbər lenti