...

Sumqayıt-Bakı yolundakı tıxacın həlli üçün hansı addımlar atılır? - AÇIQLAMA

Cəmiyyət Materials 19 Oktyabr 2024 14:47 (UTC +04:00)
Sumqayıt-Bakı yolundakı tıxacın həlli üçün hansı addımlar atılır? - AÇIQLAMA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bütün 525 nömrəli avtobus tipli köhnə ictimai nəqliyyat vasitələrinin dəyişdirilməsi nəzərdə tutulur.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdir müavini Tərlan Səfərov Trend-in sualına cavab olaraq deyib.

O bildirib ki, hazırda bütün diqqət Sumqayıt-Bakı yolunun üzərində işləyən avtobuslara yönəlib.

"Çünki biz fikirləşirik ki, Sumqayıt-Bakı istiqamətində 20 Yanvar tıxacının həlli ictimai nəqliyyatın inkişafından keçir.

Ona görə də bu xətt üzrə avtobusların həm artırılması, həm də müasirləşdirilməsi plandadır".

Xəbər lenti

Xəbər lenti