...

Gürcüstan azərbaycanlılarının növbəti qrupu Xankəndiyə gəldi (FOTO) (ƏLAVƏ EDİLİB)

Cəmiyyət Materials 19 Oktyabr 2024 17:37 (UTC +04:00)
Gürcüstan azərbaycanlılarının növbəti qrupu Xankəndiyə gəldi (FOTO) (ƏLAVƏ EDİLİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn Gürcüstan azərbaycanlılarının növbəti qrupu Xankəndi şəhərində Qarabağ Universotetinə baş çəkiblər.

Trend xəbər verir ki, 30 nəfərlik heyət universitetdə yaradılan şəraitlə tanış olublar.

Heyət daha sonra şəhər stadionuna baş çəkiblər.

Şəhər gəzintisindən sonra səfər başa çatıb.

xxx

16:41

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn Gürcüstan azərbaycanlılarının növbəti qrupu Xankəndi şəhərinə gəlib.

Trend xəbər verir ki, 30 nəfərdən ibarət növbəti qrup bu gün Xankəndi şəhərini ziyarət edəcəklər.

Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfəri üç qrup olmaqla, altı gün ərzində həyata keçirilir. Birinci qrup ötən günlər Şuşa, Xankəndi və Ağdam şəhərlərində səfərdə olublar. İkinci qrup sabah Şuşa və Ağdam şəhərlərində səfərdə olacaqlar.

Xəbər lenti

Xəbər lenti