...

Kürdəmirdə yük maşını minik avtomobilinə çırpıldı - Yaralılar var

Hadisə Materials 19 Oktyabr 2024 16:30 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Qazax avtomobil yolunda qəza baş verib.

Trend xəbər verir ki, hadisə Kürdəmir rayonunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iritutumlu yük maşını Gəncə istiqamətində hərəkətdə olarkən qarşıda gedən minik maşınına çırpılıb. Hadisə nəticəsində avtomobil hərəkət istiqamətini dəyişərək, yolun kənarındakı ağaca dəyib.

Qəza zamanı minik maşınında olan sərnişinlər - Zərdab rayon sakinləri 2014-cü il təvəllüdlü Bayramlı Səbirə və Bayramlı Məryəm Böyükbəy qızları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti