Bakı. Trend:
Türkiyənin Muğla vilayətində meşə yanğını hələ də davam etməkdədir.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, Muğlanın Dalaman və Menteşe rayonlarında baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə davam edir.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinə aid 5 helikopter yanğının söndürülməsi işlərinə cəlb edilib.
Qeyd edək ki, Muğlanın Dalaman rayonunun Taşbaşı məhəlləsində bir neçə gün öncə axşam saatlarında meşə yanğını başlayıb.