Bakı. Trend:
Xaçmaz rayonunda 20 oktyabr - Energetiklər Günü münasibətilə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və peşə bayramlarını qeyd edən energetiklər əvvəlcə Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəsətələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əlamətdar gün münasibətilə energetikləri təbrik edərək, bu günün tarixi əhəmiyyətindən danışıb.
Bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji blokunun istifadəyə verildiyi tarix ölkə başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə energetiklərin peşə bayramı günü kimi təsis edilib.
Ulu Öndər Heydər Əliyevin energetika sahəsindəki strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilir. Bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkədaxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilib. Azərbaycan Orudusunun qazandığı tarixi qələbədən sonra işğaldan azad olunan ərazilərdə bu sahədə görülən işlər deyilənlərin bariz nümunəsidir.
Digər çıxış edənlərdə energetiklərə səmərəli və məsuliyyətli
fəaliyyətlərində uğurlar arzulayıb.
Energetiklər yaradılan şəraitə, göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.