...

“TeamGym” üzrə Avropa çempionatında sonuncu günün ilk qalibləri məlum olub (FOTO)

İdman Materials 19 Oktyabr 2024 14:05 (UTC +04:00)
“TeamGym” üzrə Avropa çempionatında sonuncu günün ilk qalibləri məlum olub (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında növbəti mükafatçılar məlum olub.

Trend xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən turnirin sonuncu - dördüncü günündə ilk olaraq böyük qadın gimnastlardan ibarət 6 komanda mübarizə aparıblar.

İslandiya komandası 53.850 xalla qızıl medala sahib çıxıb. İsveç yığması 53.400 xalla gümüş, Norveç komandası isə 49.450 xalla bürünc mükafata yiyələnib.

Danimarka (48.750), Böyük Britaniya (47.400) və Finlandiya (45.850) kollektivləri isə müvafiq olaraq dördüncü, beşinci və altıncı yerləri tutublar.

Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə ilk üç yeri tutan komandalara medal və hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti