...

BMT Azərbaycanda "yaşıl" maliyyələşdirmənin təşviqi üçün əməkdaşlığa hazırdır

İqtisadiyyat Materials 18 Oktyabr 2024 10:53 (UTC +04:00)
BMT Azərbaycanda "yaşıl" maliyyələşdirmənin təşviqi üçün əməkdaşlığa hazırdır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

BMT Davamlı İnkişaf Məqsədlərinə (DİM) nail olmağı sürətləndirmək məqsədilə"yaşıl" maliyyələşdirmənin təşviqinə dəstək vermək üçün Azərbaycanda milli tərəfdaşlarla və özəl sektorla əməkdaşlığa hazırdır.

Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident koordinatoru vəzifəsini müvəqqəti icra edən Nasar Hayat Bakıda "Yaşıl maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.

"Qlobal icma "yaşıl" və dayanıqlı maliyyələşdirmənin Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində və iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətini daha çox dərk edir. Məlumdur ki, COP29-da Bakıda maliyyələşdirməyə diqqət yetiriləcək, çünki Paris Sazişi üzrə 1,5 dərəcə hədəfinə çatmaq üçün bu maliyyə vacibdir. BMT Azərbaycanda milli tərəfdaşlarla və özəl sektorla "yaşıl" maliyyələşdirmənin təşviqində əməkdaşlığa hazırdır və bu DİM-lərə nail olmağı sürətləndirmək məqsədini güdür", - o qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti